“The Athletic” nəşri 2026-cı il “Qızıl top” mükafatı üçün əsas favoritlərin reytinqini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, nəşrin qiymətləndirməsinə görə, Almaniyanın “Bavariya” klubunun və İngiltərə millisinin hücumçusu Harri Keyn ilin ən nüfuzlu fərdi futbol mükafatını qazanmağa əsas namizəd hesab olunur.
Qeyd edək ki, “Qızıl top”a namizəd olan 30 futbolçunun yekun siyahısı sentyabrın 8-də açıqlanıb.
“The Athletic”in favoritlər sıralaması belədir:
Harri Keyn – “Bavariya”
Maykl Olise – “Bavariya”
Rodri – “Mançester Siti”
Kilian Mbappe – “Real Madrid”
Erlinq Haaland – “Mançester Siti”
Xviça Kvaratsxeliya – PSJ
Lamin Yamal – “Barselona”
Luis Diaz – “Bavariya”
Cud Bellinqem – “Real Madrid”
Lionel Messi – “İnter Mayami”
Beləliklə, “Bavariya”nın iki futbolçusu – Harri Keyn və Maykl Olise – ilk üçlükdə yer alıb. “Mançester Siti”dən Rodri isə ikinci pillədə qərarlaşıb.
Lionel Messinin də siyahıda yer alması diqqət çəkib. Argentina millisinin və “İnter Mayami”nin ulduzu ilk onluqda qərarlaşıb.


























