image-reklam-veteninfo
image-img_20261020_095601backend

Thomas Reis “Trabzonspor” tarixində ilkə imza atdı

image-reklam-veteninfo

“Trabzonspor”un baş məşqçisi Thomas Reis Türkiyə Super Liqasında klub tarixində ilkə imza atıb.

“Sözcü Futbol”un məlumatına görə, “Trabzonspor” öz meydanında “Beşiktaş”ı 2:0 hesabı ilə məğlub edib. Bu qələbə ilə Thomas Reis komandanın baş məşqçisi kimi Super Liqada keçirdiyi ilk üç oyunun hamısında qalib gələn ilk əcnəbi baş məşqçi olub.

Reisin rəhbərliyi altında “Trabzonspor” əvvəlcə “Qalatasaray”ı 4:0, daha sonra “Samsunspor”u 3:0 hesabı ilə məğlub edib. “Beşiktaş” üzərində qazanılan 2:0 hesablı qələbə ilə komanda çempionatda ardıcıl üçüncü uğuruna imza atıb.

Bundan əlavə, “Trabzonspor” səfərdə Finlandiyanın “KuPS” komandasını da 4:2 hesabı ilə məğlub edərək uğurlu nəticələrini davam etdirib.

“Beşiktaş”la oyundan sonra açıqlama verən Thomas Reis komandasının meydanda nümayiş etdirdiyi birlik və həmrəyliyi yüksək qiymətləndirib.

Almaniyalı mütəxəssis müdafiədəki güclərindən düzgün istifadə etməli olduqlarını vurğulayıb. O bildirib ki, uğurlu nəticələrə baxmayaraq, arxayınlaşmaq olmaz və komanda hər matçdan sonra qələbənin səbəblərini təhlil edərək yoluna davam etməlidir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki