image-reklam-veteninfo
image-3backend

THY və “Pegasus” İsrailə uçuşları dayandırıb

image-reklam-veteninfo

“Türk Hava Yolları” və “Pegasus” hava yolları şirkətləri İsrail və Fələstindəki vəziyyətə görə İsrailə uçuşları dayandırıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə THY-nin mətbuat müşaviri Yahya Üstün sosial şəbəkəsində bildirib.

“İsrailə uçuşlarımız İsraildəki mövcud vəziyyətə görə növbəti xəbərdarlığa qədər dayandırılıb”, – deyə qeyd olunub.

Şirkət həmçinin oktyabrın 7-dən oktyabrın 23-dək həyata keçirilməli olan Tel-Əvivə reyslərə biletlərin dəyişdirilməsi və ya qaytarılması qaydalarını da öz saytında dərc edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki