image-yeni-frame-20-oktyabr-9backend

TKTA beynəlxalq təşkilatın tamhüquqlu üzvü seçilib

image-reklam_sirab_01

Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Beynəlxalq Şəbəkəsinin (INQAAHE) 20 oktyabr 2022-ci il tarixli qərarı ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) təşkilatın tamhüquqlu üzvü seçilib.

Veteninfo.az xəbər verir ki, mərkəzi ofisi İspaniyanın Barselona şəhərində yerləşən INQAAHE ali təhsildə keyfiyyət təminatı üzrə fəaliyyət göstərən nüfuzlu agentlik və qurumları özündə birləşdirən dünya miqyaslı təşkilatdır.

 

Təhsildə həm daxili, həm də xarici keyfiyyət təminatı üçün geniş imkanlar təqdim edən INQAAHE-yə tamhüquqlu üzvlük ölkənin ali təhsil sahəsində effektiv keyfiyyət təminatı sisteminin təşkili, təşkilata digər üzv agentliklərlə təcrübə mübadiləsi, eləcə də dünyamiqyaslı konfrans və tədbirlərdə iştirak imkanları yaradacaqdır.

 

Onu da qeyd etmək lazımdır ki, TKTA bu günə kimi Mərkəzi və Şərqi Avropa ölkələrinin Keyfiyyət Təminatı Agentlikləri Şəbəkəsi (CEENQA) və Beynəlxalq Kvalifikasiyaları Qiymətləndirmə Mütəxəssisləri Assosiasiyası (TAICEP) kimi beynəlxalq təşkilatların tamhüquqlu, Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Assosiasiyayanın (ENQA) isə qoşulmuş üzvüdür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki