image-reklam-veteninfo
image-1backend

Toral Bayramov Avropa Liqasında 10-luğa düşdü

image-reklam-veteninfo

“Qarabağ”ın Azərbaycan millisinin komandasının futbolçusu Toral Bayramovun qolu UEFA Avropa Liqasının 2024/2025 mövsümünün ən yaxşı 10 qolundan biri seçilib.

Vətəninfo.az UEFA-nın saytına istinadla xəbər verir ki, onun “Budyo Qlimt”in qapısına vurduğu top 7-ci yerə layiq görülüb.

UEFA-nın texniki müşahidə qrupunun hazırladığı 10 ən yaxşı qol siyahısında birinci yeri “Qalatasaray”ın ulduzu Yunus Akgün tutur. Onun “Tottenhem”lə oyunda -cərimə meydançası kənarından vurduğu qol ən yaxşı seçilib.

Mövsümün digər ən yaxşı 10 qolunun sıralaması isə belədir:

1. Yunus Akgün (“Qalatasaray” – “Tottenhem”)

2. Rasmus Hoylund (“Mançester Yunayted” – Budyo Qlimt)

3. Niko Uilyams (“Atletik Bilbao” – “Roma”)

4. Pedro Rodriges (“Ayaks” – “Latsio”)

5. Adama Traore (“Ferensvaroş” – “AZ Alkmaar”)

6. Samuel Omorodion (“Roma” – “Porto”)

7. Toral Bayramov (“Budyo Qlimt” – “Qarabağ”)

8. Meyson Maunt (“Mançester Yunayted” – “Atletik Bilbao”)

9. Kobbi Maynu (“Mançester Yunayted” – “Lion”)

10. Qustav İsaksen (“Viktoriya Plzen” – “Latsio”)Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki