Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
Veteninfo.az-ın məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndində baş verib.
1970-ci il təvəllüdlü Ə.Dəmirova, 1990-cı il təvəllüdlü E.Abdullayeva və 1992-ci il təvəllüdlü S.Abdullayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Xəstələrə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.
Məlumada görə həmin şəxslər bayramdan qalan salatı yedikdən sonra zəhərləniblər.