image-2backend

Tovuzda qadın fermerlərin iştirakı ilə “Beynəlxalq Kənd Qadınları Günü” və “Dünya Ərzaq Günü” qeyd edilb

image-reklam_sirab_01

Bu həftə dünyada Beynəlxalq Kənd Qadınları Gününü (15 Oktyabr) və Dünya Ərzaq Gününü (16 Oktyabr) qeyd olunur. Azərbaycanda qlobal maarifləndirmə kampaniyası çərçivəsində qadın fermerlərə, sahibkarlara və qadın liderlərə onların dayanıqlı kənd təsərrüfatı və qida təhlükəsizliyi sistemlərinin yaradılması üçün bərabər şərtlərlə töhfə verə bilmələri və bu fəaliyyətlərinə diqqəti cəlb etmək üçün silsilə tədbirlər həyata keçirilir. Tədbirlər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan Kənd Qadınları Assosasiyası ilə sıx əməkdaşlıq şəraitində təşkil olunur.

Bu gün Tovuz şəhərində “Kənd qadınlarının COVID-19-un təsirlərinə qarşı dayanıqlılığını gücləndirilməsi” mövzusunda konfrans keçirilib. Tədbir COVİD-19 pandemiyasına qarşı mübarizədə, xüsusilə kənd təsərrüfatı sistemlərinin gücləndirilməsində qadınların rolunu vurğulamaq, habelə hökumətin kənd yerlərində qadınların səlahiyyətləndirilməsi üçün verdiyi dəstək və beynəlxalq təşəbbüsləri öyrənmək üçün müxtəlif maraqlı tərəfləri bir araya gətirib. Tədbirdə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının (FATP) “Qadınların iqtisadi güclərinin artırılması” layihəsi və USAID Özəl Sektor Fəaliyyəti Proqramının “Qadınların Assosiasiyalarda iştirakı” layihələrindən faydalanan 50-dən çox iştirakçı və Kənd Qadınları Assosasiyası üzvləri  iştirak ediblər.

Tədbirdə bu layihələrin əhəmiyyəti barədə məlumat verilib. Bildirilib ki, COVİD-19 pandemiyasının fermerlərə, xüsusilə qadın fermerlərə və onların iqtisadi imkanlarına təsiri təhlil edilib: “Dünyada ərzaq istehsalının yarısından çoxu qadın fermerlər tərəfindən istehsal olunur. Azərbaycanda isə statistikaya əsasən əmək fəaliyyəti ilə məşğul olan qadınların üçdə biri aqrobiznes sektorundadır.”

Qeyd olunub ki, Aqrar Kredit və İnkişaf Agentliyi kənd təsərrüfatının prioritet istiqamətləri üzrə tərəfdaşlıq etdiyi beynəlxalq təşkilatlarla birlikdə layihələr həyata keçirir. Belə əməkdaşlıqlardan biri də FAO-Azərbaycan Tərəfdaşlıq proqramıdır. Bu proqram çərçivəsində qadın fermerləri hədəfləyən, kənd yerlərində yaşayan qadınların imkanlarının genişləndirilməsinin nəticəsi olaraq təkmilləşdirilmiş ərzaq təhlükəsizliyi, sosial inklüziv kənd yerlərinin inkişafı və dayanıqlı yaşayışın təmin edilməsi məqsədilə “Qadınların iqtisadi güclərinin artırılması – WEP” layihəsi və Gənc kənd qadınlarının və kişilərinin, o cümlədən həssas əhali qruplarından olanların özünüməşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi məqsədilə Aqrar Məşğulluğun Artırılması – AMAL” layihəsini xüsusilə vurğulanıb. Bildirilib ki, WEP layihəsi 12 rayonu əhatə edir və 300-ə yaxın qadın benefisiarı var, AMAL layihəsinin isə benefisiarlarının 30%-ni qadınlar təşkil edir.

Konfransda çıxış edən beynəlxalq təşkilatların nümayəndələri Azərbaycan iqtisadiyyatının dəstəklənməsi, qadınların rəhbərlik etdiyi müəssisə və təşkilatların inkişaf etdirilməsi, qadınların iqtisadi həyatda iştirakının təmin edilməsi, kənd yerlərində aqrar iqtisadi fəaliyyətlərin dəstəklənməsi, biznesə dəstək xidməti üçün potensialın gücləndirilməsi, eləcə də mikro, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində əməkdaşlıqdan məmnunluq ifadə ediblər.

Tədbir çərçivəsində kənd qadınlarının sahibkarlıq fəaliyyətində iştirakını təmin etmək və bacarıqlarını gücləndirmək üçün “Qadınların inkişaf prosesində iştirakı” mövzusunda dəyirmi masa təşkil edilib. Daha sonra qadın sahibkarların istehsal etdiyi kənd təsərrüfatı məhsullarından ibarət məhsul yarmarkası təşkil olunub. Tədbirin sonunda FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) “Qadınların iqtisadi güclərinin artırılması” layihəsi çərçivəsində yaradılan Qazax, Ağstafa, Tovuz, Ağdam və Gədəbəydən olan 5 qadın qrupuna məlumat əldə etmək və bazara çıxışa dəstək olacaq avadanlıqlar təqdim olunub.

image-3image-4

image-5image-6


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki