image-1backend

Tovuzda zəncirvarı qəza olub – 1 nəfər ölüb

image-reklam_sirab_01

Tovuzda zəncirvari qəza olub.

Vətəninfo.az xəbər verir ki, hadisə Tovuz şəhərinin Musa Musayev küçəsində qeydə alınıb.

İlkin məlumata görə, küçədə hərəkətdə olan minik maşınının sürücüsünün sükan arxasında səhhəti pisləşib. Bu zaman idarəetmənin itməsi nəticəsində maşın 4 avtomobilə çırpılıb. Həmin şəxs ürək tutmasından hadisə yerində ölüb. Ölən şəxsin rayonun Aşağı Öysüzlü kənd sakini 1956-cı il təvəllüdlü Cəfərov Nikolay Nuru oğlu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki