image-reklam-veteninfo
image-arzuman-muradlibackend

“Trampdan gözlənilməz addım: Azərbaycanın strateji çəkisi daha da artır

image-reklam-veteninfo

Qırğızıstanın ABŞ-dakı səfiri Edil Baysalov bildirib ki, ABŞ prezidneti Donald Tramp Azərbaycan,Qazağıstan və Özbəkistan prezidnetlərini Mayamidə keçiriləcək G20 liderləri Sammitinə dəvət edib.

Siyasi şərhçi Arzuman Muradlı, Veteninfo.az -a açıqlamasında ABŞ Prezidenti Donald Trampın Azərbaycan, Qazaxıstan və Özbəkistan liderlərini bu ilin dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət etməsini şərh edən zaman qeyd edib ki, bu dəvət Azərbaycanın strateji tərəfdaş kimi qəbul edilməsinin və ABŞ-ın regiondakı tranzit və iqtisadi layihələrə marağının bir göstəricisi kimi qiymətləndirilməlidir.

Arzuman Muradlı bunu Vaşinqtonun Azərbaycanı sadəcə enerji təchizatçısı deyil, həm də mühüm bir strateji mərkəz kimi tanıdığını və ABŞ-ın regionla bağlı daha praqmatik, ticari maraqlara əsaslanan bir siyasət yürütdüyünü qeyd edib: «Qırğızıstanın ABŞ-dakı səfiri Edil Baysalovun da vurğuladığı kimi, bu üç ölkə liderinin Trampın şəxsi qonağı olması regionun beynəlxalq müstəvidə nüfuzunun artdığını və Azərbaycanın qlobal iqtisadi və siyasi müzakirələrdə daha fəal iştirak etdiyini nümayiş etdirir. Ümumilikdə, bu sammitin ABŞ-ın 250-ci ildönümü və prezident Trampın rəhbərliyi altında iqtisadi artım, innovasiya və yeni tərəfdaşlıqların gücləndirilməsi məqsədilə keçirildiyi bildirilir. Azərbaycanın dəvət olunan ölkələrin rəsmi siyahısında yer alması, ölkəmizin xarici siyasətinin uğurlu inkişafının növbəti bir göstəricisi kimi qiymətləndirilir».

 

Vətəninfo.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki