image-reklam-veteninfo
image-1backend

Türk məşqçi tarixə keçdi – Qələbəni Ukrayna xalqına həsr etdi

image-reklam-veteninfo

Türk məşqçi Arda Turanın rəhbərlik etdiyi Ukrayna komandası “Şaxtyor Donetsk”, ilk oyunda 3-0 hesabı ilə məğlub etdikləri Hollandiya təmsilçisi “AZ Alkmaar” ilə 2-2 heç-heçə etdikdən sonra növbəti mərhələyə yüksəldi. Avropada yarımfinala yüksələn 5-ci türk məşqçi və Konfrans Liqasında yarımfinala yüksələn yeganə türk məşqçi Arda Turan matçdan sonra açıqlamalar verib.

Arda Turan bu qələbəni Ukrayna xalqına həsr edib.

“Bizim üçün çox emosional bir matç idi, çünki AZ Alkmaar kimi bir komandaya qarşı oynamaq çox çətin idi. Taktiki baxımdan, həqiqətən də çox yaxşı bir oyun sərgilədik. Çox yaxşı təzyiq göstərən bir komandaya qarşı oynamaq asan deyil. Bu matçı hər səhər ümidlə oyanan, heç olmasa uşaqların sabah partlayış səsi olmadan oyanacağına ümid edən bütün Ukraynalılara həsr etmək istəyirəm”, -deyə o qeyd edib.

Qeyd edək ki, “Şaxtyor Donetsk” turnirin yarımfinalında İngiltərənin “Kristal Palas” klubu ilə qarşılaşacaq.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki