Türkiyәnin qadınlardan ibarәn milli voleybol komandası ABŞ-də keçirilən FIVB Millətlər Liqasının (VNL) ikinci həftəsinin ilk oyununda Almaniyaya qalib gəlib.
Vətəninfo.az xəbər verir ki, Texas ştatının Arlinqton şəhərində baş tutan matçda rəqibini 3:1 hesabı ilə məğlub edən komandanın heyətindəki Melissa Varqas 23 xalla ən məhsuldar oyunçu olub.
Belәliklә komanda VNL-dəki beşinci qarşılaşmasında üçüncü qələbəsini qazanıb.
Qeyd edәk ki, Türkiyә millisinin növbəti oyunu Serbiya millisinə qarşı olacaq.