image-1backend

Türkiyə 2024-cü ildə Ermənistana nə qədər mal ixrac edib?

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Türkiyə Ticarət Nazirliyi və İxracatçılar Şurası 2024-cü ilin birinci rübündə ixracın həcmini açıqlayıb. Qeyd olunur ki, bu ilin birinci rübündə Türkiyənin ixrac həcmi 63,7 milyard dollar təşkil edib.

Qonşu ölkələrə ixracın həcminə toxunularaq qeyd olunur ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyə 5 milyard 948 milyon dollar ixrac edib.

Qonşu ölkələr arasında ən çox ixrac İraq  (3 milyard 7 min dollar), ən az ixrac isə 124 min dollarla Ermənistana edilib.

Yeri gəlmişkən, Türkiyənin İraqa  ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 33,90% artıb.

Açıqlanan məlumatlara görə, qonşu Bolqarıstanda ixrac həcmi 1 milyard 27 milyon 792 min dollar, Gürcüstanda 551 milyon 31 min dollar, İranda 583 milyon 962 min dollar, Suriyada 388 milyon 237 min dollar, Yunanıstanda isə 388 milyon 237 min dollar təşkil edib. – 665 milyon 663 min dollar.

Türkiyənin ixrac həcminin 2023-cü ilin 1-ci rübü ilə müqayisədə 16,7% artdığı qeyd edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki