Oktyabrın 18-19-da Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə-Azərbaycan-Gürcüstan Parlamentlərinin xarici əlaqələr komissiyalarının IV üçtərəfli iclası keçiriləcək.
Veteninfo.az xəbər verir ki, bu barədə TBMM-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş Türkiyə Parlamentinin Xarici İşlər Komissiyasının rəhbəri Akif Çağatay Kılıçın dəvəti ilə təşkil edilib.
Bu məqsədlə Azərbaycan Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsi ilə Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndələri oktyabrın 18-də Ankaraya səfər edəcəklər.