“İpəkyoluİctimai Diplomatiya”Təşkilatının Sədri Dr. Seyfullah Türksoy Vətəninfo.az-a açıqlamasında iki ölkə arasındakı qardaşlıq bağlarına hədəf yönəldən qaralama kompaniyasına sərt cavab verib.
Seyfullah Türksoy açıqlamasında bildirir:“Son günlərdə bəzi dairələr BMT Baş Assambleyasında azərbaycanlı nümayəndənin İsrailin Baş naziri Netanyahu-nun çıxışını dinləməsini bəhanə edərək Azərbaycana hücum edirlər.
Bir çıxışı dinləmək, natiqin siyasətlərini dəstəkləmək demək deyil. Necə ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındaykən belə beynəlxalq toplantılarda erməni nümayəndələrin çıxışlarını diplomatik qaydalara uyğun olaraq dinləmişdir.
Bundan əlavə, Azərbaycan BMT-də Fələstin xalqının haqlı hüquqlarını və iki dövlətli həlli müdafiə edən qətnamələrə dəstək vermişdir. Bu gün Azərbaycanın Fələstin məsələsinə yanaşması Türkiyənin yanaşmasından fərqli deyil.
Təəssüf ki, hər iki ölkədə də Türkiyə–Azərbaycan qardaşlığından narahat olan, Türk Dünyasının güclənməsini istəməyən müəyyən dairələr mövcuddur. Özünü gizlətməyə çalışqan bu türk düşmənləri iki qardaş ölkənin arasına nifaq salmaq və tarixi bağlarımıza zərər vurmaq məqsədilə məkrli bir fəaliyyət planı həyata keçirirlər.
Türkiyədə Azərbaycana, Azərbaycanda isə Türkiyəyə qarşı edilən təhqir və ittihamlar birbaşa bu qaranlıq dairələrin məqsədlərinə xidmət edir.
Hər kəs bunu yaxşı bilməlidir:
TÜRKİYE–AZƏRBAYCAN QARDAŞLIĞI SOSİAL ŞƏBƏKƏLƏRDƏ QURULMADI; SOSİAL ŞƏBƏKƏLƏRDƏ DƏ DAĞDILA BİLMƏZ!
Türk Dünyasının bütövləşməsini, Zəngəzur dəhlizinin açılmasını və türk dövlətlərinin güclənməsini istəməyənlər əvvəlcə Türkiyə ilə Azərbaycanın arasını vurmağı hədəfləyirlər. Lakin boşuna əziyyət çəkirlər! Bir Türkiyə Cümhuriyyəti vətəndaşı olaraq Azərbaycanı yad bir ölkə, azərbaycanlı türkləri də yad bir xalq olaraq görmürəm. Türkiyə ilə Azərbaycanın qardaşlığı tarixidir, möhkəmdir, sarsılmazdır və əbədiyyətdir.
BİR MİLLƏT, İKİ DÖVLƏT!
Dr. Seyfullah Türksoy
İpəkyolu İctimai Diplomatiya Təşkilatının Sədri


























