image-1backend

Türkiyə-Azərbaycan Universitetinin rektoru Azərbaycandan olacaq – RƏSMİ

image-reklam_sirab_01

Türkiyə-Azərbaycan Universitetinin tədris binası Bakının mərkəzindəki binalardan biri olacaq

Vətəninfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, Universitetin rektoru Azərbaycandan olacaq. Nazir əlavə edib ki, prosedurlar rəsmiləşdikdən sonra ictimaiyyətə elan ediləcək.

Xatırladaq ki, fevralın 19-da “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.

Prezident İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında bildirib ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. “Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir”, – dövlət başçısı vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki