image-erdoqanbackend

“Türkiyə ilə sərhədlərin açılmasının Ermənistana faydası bitməz” – Ərdoğan

image-reklam_sirab_01

“Ermənistan vətəndaşları Zəngəzur dəhlizindəki dəmiryolu ilə asan yolla Moskvaya gedə biləcəklər. Beləliklə blokadadan çıxacaqlar”.

Veteninfo.az  xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdəki çıxışında deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevlə birgə 6 ölkə platformasını qurmağı təklif ediblər:
“Beləliklə də bölgədə sükunət yaransın və düşmənliklər ortadan qalxsın. Burada Gürcüstanın özünəməxsus sualları var idi. Onların baş nazirinə dedim ki, bu sizin də xeyrinizə olacaqdır. Bildirdim ki, bununla həm azərbaycanlı qardaşılarımızın sıxıntıları gedəcək, həm də sizin Rusiya ilə olan sıxıntılarınızın aradan qalxmasına vəsilə olacaq. Türkiyə sərhədlərinin açılmasının Ermənistana verəcəyi fayda bitməz”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki