Türkiyənin müdafiə naziri keçən il Nikol Paşinyan hökuməti təhlükə altında olarsa, Ermənistana qoşun göndərməklə hədələmişdi.
Veteninfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan erməni TV-nin birinfə iştirak etdiyi verilişində deyib.
O, Onik Qasparyanın rəhbərliyi ilə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Paşinyanın istefasını tələb etdiyi 2021-ci ilin fevral hadisələrini xatırladıb. Baqratyanın sözlərinə görə, Onik Qasparyan Türkiyə müdafiə nazirinin Rusiya müdafiə nazirinə hədə-qorxu gələrək zəng etdiyi üçün əlavə addım atmayıb. “Biz artıq müstəqil dövlət deyilik, Nikol Paşinyan Türkiyə qarşısında hesabat verən dövlət yaradır”, – Hrant Baqratyan vurğulayıb.


























