image-1backend

Türkiyə Superliqası: “Fənərbağça” və “Qalatasaray” növbəti qələbələrini qazanıblar

image-reklam_sirab_01

Mayın 12-də futbol üzrə Türkiyə Superliqasında 36-cı turun oyunları keçirilib.

Vətəninfo.az  xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Qalatasaray” və “Fənərbağça” turu itkisiz başa vurublar.

“Qalatasaray” səfərdə “Karagümrük”ü 3:2, “Fənərbağça” isə öz meydanında “Kayserispor”u 3:0 hesabları ilə məğlub ediblər.

Bu qələbələrdən sonra “Qalatasaray” 99 xalla turnir cədvəlinin lideridir. Ondan 6 xal geri qalan “Fənərbağça” ikinci pillədə qərarlaşıb. Üçüncü yerdə olan “Trabzonspor”un hesabında isə 61 xal var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki