Bələdiyyə seçkilərindən sonra prezident seçkiləri ilə bu seçkiləri qarşılaşdırmaq kimi yanlış düşüncə mövcuddur. Əvvəla, Ərdoğanın şəxsi səs faizi partiyasının səs faizindən hardasa 10 faiz çoxdur. Bu hər zaman belə olub. Zaman zaman AK Partiyani cəzalandırma tavrini seçən secmən adətən Ərdoğan amili önə çıxınca onun adı ətrafında klitlənir. Örnək olaraq, cəmisi 10 ay öncə Ərdoğan 52 faizlə Türkiyənin yenidən prezidenti seçilib. İkincisi, AK Partiyanin bələdiyyə seçimlərində səs faizi heç bir vaxt 50 faiz filan olmayıb, ötən seçki ilə bu seçki arasında AK Partiya 6 faiz səs itirib. Bu da bələdiyyə seçkilərinin spesifikliyi ilə bağlıdır. Burada həm də Ərdoğan kimi prosesin liderlərindən daha çox regional liderlər rol oynamasi amili də mövcuddur.
Bəs niyə AK Partiya ilk dəfə az faizlə də olsa CHP-nin arxasında yer aldı?
1. Bu seçimdə həyat bahalığı, pensianerlərin sərt tutumu, iqtisadi problemlər öz təsirini göstərdi. Secmən AK Partiyanı cəzalandırdı.
2. AK Partiyanı cəzalandırma yolunu seçən muhafizəkar – millətçi seçmənin həlledici hissəsi seçkini boykot etdi. Bu seçkiyə qatılim faizinin aşağı düşməsi ilə də təsdiqini tapır.
3. Namizədlərin doğru seçilməməsi və bürokratiya.
4 . AK Partiyanın Yenidən Rifah Partiyası ilə bir türlü razılaşa bilməməsi. YRP seçki prosesinin əvvəlində AK Partiyadan İstanbulun 2 rayonunun və bəzi bolgələrin onlara verilməsini istəyirdi. Şəxsi fikirime görə, AK Partiya yanlış olaraq bu razılaşmaya getmədi. YRP lideri Fatih Erbakanin seçkiyə az gün qalmış “İsraillə iqtisadi əlaqələri kəsin, dəstək verim” çağrısı sırf AK Partiyali dindar kəsimin səslərini qoparmaq amacli idi. Erbakan AK Partiya Hökumətinin bu addımı atmayacagini yaxşı bilirdi. Çünki hətta dövlətlər müharibə etsə belə strateji iqtisadi əlaqələr adətən mövcudluğunu qoruyub saxlayır.
Nəticə etibarilə 6 faizdən çox səs alan Erbakanin partiyası AK Partiyadan təqribən 4-5 faiz səs qopara bildi. Ən ciddi məsələ isə Erbakanin 6 şəhərdə AK Partiya namizədini CHP namizədi qarşısında məğlub duruma salmasidir. YRP həmin 6 şəhərdə namizəd çıxarmasa idi, AK Partiyanin namizədləri seçkini qazanacaqdı.
Bu və ya buna bənzər səbəblər AK Partiyanın məğlubiyyətinə səbəb oldu.
CHP nin 41 ildən sonra bir seçimi qazanmasının səbəbi nədir?
Nə qədər qəribə görünsə də 2 gün öncə baş vermiş olayın əsas səbəbkarı CHP-nin keçmiş başqanı Kamal Klincdarogludur. Klincdaroglu uzun illər Ərdoğan düşmənçiliyi üzərindən müxalif seçməni bir araya gətirmək, liderlərdən daha çox tabanda birlik yaratmağa çalışdı. Adam ayrı ayrılıqda həm İyi Partiya ilə, həm də PKK-nin siyasi qolu HDP ilə (indiki adı DEM ) Ərdoğan düşmənçiliyi üzərində müttəfiqlik qurmağa çalışdı. Bu gun onun nəticəsini yeni lider Özgür Özəl gördü.
İyi Partiyanın onsuz da bir ideoloji əsasla birgəliyi və sabit olmayan seçməni məhz AK Partiyani uduzdurmaq üçün CHP yə səs verdi. İyi partiya qurulduqdan sonra uzun illər CHP ilə ittifaqda olduğu üçün İyi seçməni CHP yə səs verməkdə bir diskomfort da hiss etmədi. CHP ilə PKK- nin siyasi qolu DEM partiya bəzi bölgələrdə bir birinin leyhinə ya namizəd çıxarmamaq, ya da çox zəif namizəd çıxarmaqla bir araya gələ bildi. Örnək olaraq İstanbulda 10 faizə qədər səsi olan Dem partiya seçki kampaniyası aparmaq ehtiyacı belə duymayan çox zəif namizədlə seçimə qatılmaqla İmamogluna dəstək verdi. Hansı ki, Dem partiyanın həbsdə olan lideri Səlahəddin Demirtasin həyat yoldaşı vəd etdiyi kimi İstanbuldan seçkiyə qatilsaydi, seçimin nəticələri tamamilə başqa ola bilərdi və sairə.
Nəticə: Türkiyə seçməni kifayət qədər ağıllı və prosesi yonətəndir. Secmən AK Partiyaya bir dərs verdi. Lakin, 90 çi illərdə Turqut Ozalin partiyasını bir seçimlə 40 faizlərdən 2 faizə dusurməsi kimi bir addım atmadi.Etimadını nisbi faizlə azaltmaqla ” özünü düzəltmək üçün hələ şansın var” dedi. Seçkiləri, onlardan gələn mesajları oxumaqda usta siyasətçi olan Ərdoğan bunun nəticələrini ən düzgün şəkildə qiymətləndirəcək. Ərdoğanın seçim gecəsi verdiyi mesajlar da bunu təsdiq edir.
Secmən CHP yə də bir mesaj verdi . “Artıq alqilardan isə keçmə zamanıdır” dedi. CHP bunu dəyərləndirə bilməsə Ərdal İnönü dövründə qazandığı bir seçimdən sonra, növbəti seçimdə barajın altında qalmasi ilə nəticələnən hüsranı yenidən yaşaya bilər.
Ruslan Bəşirli