Türkiyənin milli döyüş təyyarəsi olan “Kaan” ilk uçuşunu həyata keçirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Bildirilib ki, Ankara səmasında reallaşan uçuş uğurla başa çatıb.
Qeyd edək ki, “Kaan” Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə ABŞ-nin F-35 qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib.
Xatırladaq ki, Rusiya “Kaan”ın birgə istehsalı ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif edib. Həmçinin, Ukrayna da bu qırıcılarla bağlı əməkdaşlıqda maraqlı olduğunu bildirib.