image-12backend

Türkiyəyə göndərilən qazilərimiz sağalaraq Vətənə dönüblər

image-reklam_sirab_01

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən qazilərimizin bəziləri qismən, digərləri isə tam sağalaraq Vətənə geri dönüblər.

Fonddan “Report”a bildirib ki, həmin şəxslər aşağıdakılardır:

1. Duniyev Kamil Əlibala oğlu
2. Əkbərov Xəyal Hüseyn oğlu
3. Əliyev Kamran Yasir oğlu
4. Ağaməmmədov Yusif Fizuli oğlu
5. Şükürov Tural Vüqar oğlu
6. Əzizli Səddam Nazim oğlu
7. Həsənov Anar Rasim oğlu
8. Musazadə Şöhlət Möhübbət oğlu
9. Quliyev Şahin Famiq oğlu
10. Camalov Taleh Musa oğlu

Qeyd olunub ki, onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

“YAŞAT” Fondundan bildirilib ki, Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 44 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

Qeyd olunub ki, fond qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki