image-1backend

Türklər Kəlbəcərdə qəzaya düşdülər

image-reklam_sirab_01

Göygöl-Toğanalı-Kəlbəcər yolunda avtomobil aşıb, xəsarət alanlar var.

Vətəninfo.az-ın məlumatına görə, Kəlbəcər rayonunda aparılan yenidənqurma işlərində fəaliyyət göstərən şirkətlərdən birinə məxsus “pikap” tipli avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində Türkiyə vətəndaşları olduğu bildirilən dörd nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(“Report.az”)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki