Göygöl, Şəki və İsmayıllı rayonlarında qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.
Bu barədə Vətəninfo.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.
Bildirilib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Göygöl rayonu Topalhəsənli kənd sakini Həmid Həsənov, Şəki rayonu Baş Küngüt kənd sakini Samir Şirinov, İsmayıllı rayonu Maçaxı kənd sakini Vidadi Xəlilov, Tircan kənd sakini Vaqif Osmanov, Qaraqaya kənd sakinləri Rəşad Dəmirli, Rahib Məmmədli və Ağasəf Zəkiyev olduğu müəyyən edilib.
Faktlarla bağlı adıçəkilən şəxslər barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.
Kömür quyuları ləğv olunub.