“Planımız var ki, regional DOST mərkəzlərinin birini Ucarda yerləşdirilsin. Biz bunu icra hakimiyyəti ilə müzakirə etmişik”.
Veteninfo.az-ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
“Növbəti 2-3 ay ərzində daha ətrfalı məlumat veriləcək”, – nazir vurğulayıb.