image-1backend

UEFA Azərbaycan-Estoniya matçına 60% biletlərə qadağa qoydu

image-reklam_sirab_01

UEFA Millətlər Liqası çərçivəsində noyabrın 16-da Qəbələdə keçiriləcək Azərbaycan və Estoniya milli komandaları arasında keçiriləcək oyuna biletlərin yarıdan çoxunun satışına qadağa qoyub.

Yerli stadionun tutumu 4,5 min olduğu halda satışa 1,8 min bilet çıxarılıb.

UEFA-nın qadağasına səbəb iki tribunanın təşkilatın standartlarına uyğun gəlməməsi olub.

Əvvəlcə matç Bakıda keçirilməli idi, lakin COP29-a görə Qəbələyə köçürüldü.

Qeyd edək ki, oyun noyabrın 16-da saat 18:00-da başlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image