Vətəninfo.az “Marca”- ya istinadən xəbər verir ki, UEFA ispaniyalı hakim Xose Munuer Monteronu futbol matçlarından uzaqlaşdırıb.
İspaniya çempionatının 24-cü turunda Montero ingiliscə söyüşlər yağdıran “Real Madrid”in ingilis yarımmüdafiəçisi Cude Bellinqhemə qırmızı vərəqə göstərib. Həmin görüşdə “Real Madrid” “Osasuna” ilə 1:1 hesablı heç-heçə edib.
İspaniya Kral Futbol Federasiyası hazırda Monteronun qeyri-futbol fəaliyyətini araşdırır. O, hakim konsaltinq şirkətinin sahibidir.