Futbol üzrə UEFA Konfrans Liqasında finalçılar bəlli olub.
Yarımfinal mərhələsinin cavab oyunlarında İtaliyanın “Roma” və İngiltərənin “Lester” klubları üz-üzə gəlib.
Oyun 1:0 hesabı ilə İtaliya təmsilçisinin xeyrinə bitib.
İlk qarşılaşmada heç-heçə qeydə alındığından, “Roma” iki oyunun nəticəsinə əsasən mərhələ adlayıblar.
Gecənin digər oynu Fransada “Marsel” klubu ilə Niderland təmsilçisi “Feyenoord” arasında baş tutub.
Bu oyunda qapılara qol vurulmayıb.
İlk qarşılaşmada 3:2 hesablı qələbə qazandığından Rotterdam təmsilçisi finala yüksəlib.
Beləliklə mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq final qarşılaşması “Roma” və “Feyenoord” arasında olacaq.