image-reklam-veteninfo
image-1backend

Ukrayna bu iki şəhəri vurdu

image-reklam-veteninfo

Ukraynanın Krım və Rusiyanın Belqorod vilayətinə genişmiqyaslı hücumlar həyata keçirdiyi bildirilir.

Vətəninfo.az xəbər verir ki, Moskva istiqamətinə 430-dan çox pilotsuz uçuş aparatı (PUA) göndərilib. Moskva meri Sergey Sobyanin bildirib ki, onların əksəriyyəti uzaq mənzilli hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Onun sözlərinə görə, paytaxta yaxınlaşan 36 PUA məhv edilib.

Krımın bir neçə bölgəsində yanğınların baş verdiyi, həmçinin elektrik yarımstansiyalarına zərbələr endirildiyi qeyd olunur. Kerç şəhərinin şimalında yerləşən dəniz akvatoriyasında da yanğın müşahidə edildiyi, bunun gəmiyə mümkün hücumla əlaqəli ola biləcəyi iddia edilir.

Belqorod şəhəri və vilayətinin də kütləvi raket hücumuna məruz qaldığı bildirilir. Məlumata əsasən, Belqorod Magistral Qaz Boru Kəməri İstehsalat İdarəsi də hücumun hədəflərindən biri olub.

Belqorod vilayətinin qubernator səlahiyyətlərini icra edən Aleksandr Şuvayev açıqlamasında üç nəfərin yaralandığını, enerji infrastrukturuna ziyan dəydiyini bildirib. Onun sözlərinə görə, hücum nəticəsində bəzi ərazilərdə elektrik enerjisi və su təchizatında fasilələr yaranıb.

Hadisə ilə bağlı Ukrayna tərəfinin rəsmi açıqlaması hələlik açıqlanmayıb. Müstəqil mənbələr tərəfindən məlumatlar tam şəkildə təsdiqlənməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki