Motobol üzrə Ukrayna millisinin və “Niva”nın üzvü Vitali Boyko müharibədə ağır yaralanıb.
Veteninfo.az komandanın rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, ölkənin tanınmış motobolçusu hazırda komadadır.
Boyko ağır kəllə-beyin travması alıb və III dərəcəli komaya düşüb.
Qeyd edək ki, Vitali Boyko “Niva”nın heyətində ölkə çempionu olub.