image-8backend

Ukrayna parlamentinə peyvənd olunmayan şəxslər buraxılmayacaq

image-reklam_sirab_01

Ukrayna Ali Radası karantin müddətində yalnız koronavirusa qarşı peyvənd olunmuş və ya COVID-19 testi mənfi çıxan şəxslərin parlament binalarına buraxılmasına icazə verən qərar qəbul edib.

Veteninfo.az  TASS-a istinadən xəbər verir ki, qərara görə, parlamentin inzibati binalarına deputatların, aparat əməkdaşlarının, məsləhətçilərin və digər ziyarətçilərin, habelə KİV nümayəndələrinin buraxılmasına yalnız müvafiq sənəd olduqda icazə verilir.

Radanın spikeri Ruslan Stefançuk bildirib ki, noyabrın 1-i səhər saatlarına olan məlumata görə, 7 deputat və parlament aparatının 21 əməkdaşı koronavirusa yoluxub. Onun sözlərinə görə, peyvənd olunmuş deputatların sayı COVID-19 sertifikatları yoxlanıldıqdan sonra məlum olacaq.

“Biz peyvənd olunmuş deputatların sayını monitorinq aparandan sonra biləcəyik və hər bir deputat xüsusi buraxılış alacaq. Çünki onların hər biri ya peyvənd sertifikatını təqdim etməlidir, ya PCR, ya da sürətli testdən keçməlidir”, – deyə spiker bildirib.

O, əlavə edib ki, Radada deputatları, köməkçiləri, qərargah üzvlərini və jurnalistləri peyvənd edən səyyar briqada işləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki