image-320703413_2737700606366288_4476710191665182664_nbackend

Unudulmuş qəhrəman: Qandal Nağı

image-reklam_sirab_01
Azərbaycan tarixində qaçaq hərəkatı barədə dastanlar, nağıllarla yanaşı ciddi araşdırmalar da var. Amma bunlar içində biri var ki, əlinə silah alan gündən rus və ermənilərə qarşı savaşıb ancaq. Mübarizəsində bəylərə, ağalara qarşı çıxmayan bu şəxs barədə çox az araşdırmalar var, çünki sovetlər və ermənilər onun haqqında olan bütün məlumatları arxivlərdən silməklə yanaşı, onun haqqında yazmağa izn verməyiblər.
Bu şəxs Qandal ləqəbli Qaçaq Nağıdır. Qandal Nağı Kəlbəcər rayonunun İlyaslar (Ellezalilar) kəndindəndir. Bayramalılar nəslindəndir.İlyasov Nağı Həsənalı oğludur.Azərbaycanda qaçaqlar işində ən çox erməni öldürən qaçaqdır. Qandal Nağı çox qürurlu adam idi, igidlikdə onu kimsə üstələməsinə imkan verməzdi. Xarakterində nakişilik yox idi,kiminsə haqqsızlıq oyununda yer almazdı.
Rus knyazı Janderi onu ələ keçirmək üçün nələr etməsə də, heç cür yaxalamağa müvəffəq ola bilmirdi. Qandal Nağını ələ keçirmək üçün bütün ruslar və ermənilər əməliyyatlar keçirsə də mümkün olmurdu, hətta digər qaçaqlara böyük pullar versələr də Qandal Nağını ömrünün sonuna qədər ruslar ələ keçirə bilmədilər.
93 yaşında dünyasını dəyişib.
Zaur Əliyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image