image-heyder-1backend

  “Ürəklərdə yaşayan əbədi Lider.”

image-reklam_sirab_01

 

Bəli, adı müasir tariximizə qızıl hərflərlə yazılan Heydər Əliyevi ancaq yeri-göyü işığa qərq edən, qaranlıqları aydınlaşdıran günəşlə, bir də qartal məskəni, uca göylərə yüksələn zirvə ilə müqayisə etmək mümkündür. O, bütün cəhətlərə görə hər zaman zirvədə dayanacaq bir şəxsiyyətdir. Yaradılmışların əşrəfi olan insan öz sirli-sehrli aləmi, daxili dünyası, əzəmətli görkəmi, güclü ağlı, biliyi, zəkası ilə mövcud olan varlıqların ən alilərinin alisi olduğundan insanları, bütün dünyanı maraqlandırmağa, onları düşündürməyə və bu cahana, bu həyata öz töhfəsini verməyə bilməz. Tanrının yaratdığı insanlar bir-birindən fərqli olaraq bu dünyaya müxtəlif missiyalar üçün gəlirlər və bəziləri hər hansı bir iz qoyur öz əməlləri ilə, bəziləri sanki bu dünyada yaşamamış kimi səssiz-səmirsiz tərk edir bu dünyanı. Bəli, bu insanlardan kimisi qeyriadi istedadı, kimisi söz-söhbəti, kimisi görkəmi, kimisi də dərin zəkası ilə, düşüncəsi ilə qoyur bu izləri. Amma mümkünsüz sayılan hər hansı bir şey onda mümkün olur ki, əsrlər ərzində sanki zəmanəsini gözləyən insanlar dünyaya gəlir, bu göstərdiklərimizin hamısını özündə cəm etməklə. Anamız Azərbaycanın övlad payına, oğul payma malik olan Xəzər gözlü, nur üzlü, qeyri-adi dərrakəli bir şəxsiyyət olan və Azərbaycan xalqının bu gününə görə borclu olduğu bir dahi türk övladı – ümummilli lideri Heydər Əlirza oğlu Əliyevə qismət olmuşdur. Onun bütün insani keyfıyyətlərini, millət qarşısında etdiyi xidmətlərini saysaq, xatırlasaq, mübaliğəsiz, dəryaları qurudub mürəkkəb, meşələri kəsib qələm düzəldək gərək. Axı, o dahi şəxsiyyəti üç-dörd kəlmə ilə yada salmaq günah olardı…

Əgər şair olsaydım, qələmin qüdrəti ilə xəmiri, mayası bayatılar, qəhrəmanlıq dastanlan, şeirlə yoğrulmuş, qidalanmış bir insan surəti təsvir edərdim. Və bu zaman onu öz qəlbimə ən yaxın bir şəxs kimi xatırlardım bu sənət əsərimdə.

1923-cü ilin gözəl bir may günü.  Bu gün tamam fərqli bir gündür. Bütün illər, əsrlər boyu xatırlanacaq, anılacaq bir andır. Dünyaya göz açdıqda atası Əlirza kişini sevindirən bu körpə gələcəkdə bütün türk dünyasının sevgisinə çevriləcəyindən, əlbəttə, xəbərsiz idi. Onu zaman yaratmışdı, onu dövran dəyişdirmişdi və bu səbəbdən o, hər kəs kirni deyildi. Uşaqlıq arzuları belə onu hər kəsdən fərqləndirir, onun gələcəyindən xəbər verirdi insanlara…  Onun zəkası, ideyaları daim Azərbaycanın üzərində Günəş kimi parlayacaq, yolumuzu nura qərq edəcək. Xalqımız fəxr edə bilər ki, onun ləyaqətli övladı Heydər Əliyev hələ sağlığında öz adını dünyanın sayılıb-seçilən görkəmli dövlət xadimlərinin, tarixi simalarının siyahısına yazmış və bununla da hər birimizə başucalığı gətirmişdir.

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövrə nəzər salsaq, bunu aydın sezə bilərik. Məlumdur ki, H.ƏIiyev respublikamıza müxtəlif ictimai-siyasi formasiyalarda rəhbərlik etmişdir və bu cəhətdən onun Azərbaycana rəhbərlik illərini iki mərhələyə bölmək mümkündür.  Birinci mərhələ 1969-1985-ci illəri əhatə edir. Həmin dövrdə Azərbaycan keçmiş Sovet İttifaqının tərkibində olsa da, Heydər Əliyev ittifaq büdcəsindən respublikamıza daha çox vəsait ayrılması üçün sözün əsl mənasında qətiyyət göstərmişdir. Böyük öndərin uzaqgörənliyi bu gün hər birimizdə sevincqarışıq dərin heyrət doğurur.  Heydər Əliyev ikinci dəfə Azərbaycana respublikamız müstəqillik qazandıqdan sonra – 1993-2003-cü illərdə rəhbərlik etmişdir. Böyük öndər 1993-cü ilin iyun ayında ikinci dəfə Azərbaycanın ali rəhbərliyinə qayıdanda ölkəmizdə çox ağır vəziyyət hökm sürürdü. Ayrı-ayrı qüvvələr, nadan siyasətçilər Azərbaycanı vətəndaş qarşıdurmasının astanasına gətirib çıxarmışdılar, müstəqilliyimizin əldən getməsi, ölkənin parçalanması təhlükəsi yaranmışdı. Belə ağır vəziyyətdə xalq öz böyük oğlu Heydər Əliyevi Azərbaycana rəhbərliyə dəvət etdi. Xalqının səsinə səs verən və xalqına arxalanan Heydər Əliyev özünəməxsus müdrikliklə xaosun qarşısını aldı, Azərbaycanı ahəngdar inkişaf relslərinin üstünə çıxartdı.

Ümummilli lider Heydər Əliyev üçün ən böyük ağrı xalqın, Vətəninin ağrısı idi…. Məmləkətin ayağına dəyən daş onun qəlbinə dəyirdi. Bu sözləri yazarkən 1990-cı ilin qanlı 20 Yanvar faciəsi yada düşür. Azərbaycanın üstünə qoşun yeridiləndə, günahsız soydaşlarımız qətlə yetiriləndə Heydər Əliyey xalqımıza qarşı törədilən bu ağır cinayətə sakit yanaşa bilmədi. O, təqiblərə, özünə və ailəsinə yönələn təhlükələrə məhəl qoymadan respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gələrək ittifaq rəhbərliyinin vəhşi hərəkətlərinə qəti etirazını bildirdi. Həmin dövrdə qapalı həyat tərzi keçirməyə məcbur edilən insan üçün belə bir addımı atmaq sözün əsl mənasında qəhrəmanlığa bərabər idi. Heydər Əliyev heç bir çərçivəyə sığmayan, öz xalqının, vətəninin xoşbəxtliyi və azadlığı naminə canından belə keçməyə hazır olan fədakar insan idi. Heydər Əliyev Azərbaycan tarixinin tək-tək dahilərinə, böyük dövlət xadimlərinə nəsib olan əvəzsiz işlər görmüş, doğma Azərbaycanımız naminə misilsiz fəaliyyət göstərmişdir.

Tarix bu şəxsiyyəti işini, əməllərini, özü-öz səhifəsinə yazaraq yetişən nəsillərə məğrurluqla çatdıracaqdır. Müxtəlif illərdə Sənaye İnstitutunun memarlıq, Azərbaycan Dövlət Universitetinin tarix fakültələrini bitirən Heydər Əliyev 1969-cu ildən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi təyin olunmuşdur (işlədiyi dövrdən 1982-ci ilədək Azərbaycan sovet imperiyasının tərkibində olanda milli maraqları məhv olmaqda olan adətənənələrini qoruyaraq, onu xalqına qaytardı və Azərbaycanın beynəlxalq arenada tanınması, nüfuz qazanması üçün əlindən gələni əsirgəmədi).

 

1993-cü ildə ölkədə siyasi böhran yarandığı vaxt, ölkəni bu vəziyyətdən çıxarmaq məsuliyyətini öz üzərinə alan bir şəxs tapılmadı. Bu ağır işin öhdəsindən yalnız və yalnız Heydər Əliyev gələ bilərdi və gəldi də. Məhz buna görə də, Heydər Əliyevi XX əsrin ikinci yarısında yaşamış, dünyanın ən böyük siyasi xadimlərindən saymaq olar.

1993-cü ilin məlum hadisələri dövründə xalq öz xilaskarını, gələcək müstəqil Azərbaycanın bayraqdarının yolunu səbirsizliklə gözləyirdi. Xalqın özünün istəyi ilə Vətənə gələrək Azərbaycanda olan qardaş qırğınının, xaosun qarşısını alan Heydər Əliyev, doğrudan da, xalqın həqiqi xilaskarına çevrildi. Iki dəfə Azərbaycan Respublikasınm Prezidenti olan Heydər Əlirza oğlu Əliyev hakimiyyətdə olduğu illərdə respublikamız, xalqımız, gələcəyimiz üçün əlindən gələni etdi. Bu dövrlərdə intizamsız və silahsız bir orduya, bəlkə də, yarıdan çoxu könüllülər olan orduya malik Azərbaycan Qarabağın müdafıəsi uğrunda gedən döyüşlərdə saysız-hesabsız gəncini itirdi. Bütün bunları ölçüb-biçən və bunun heç bir mənası olmadığını dərk edən Heydər Əliyev döyüşləri dayandırdı və atəşkəsə nail oldu. Eyni zamanda, böyük müqavilələrə imza atan Heydər Əliyev xalqımız üçün mümkün olacaq hər şeyi etdi. Nə qədər ki ulu xalqım var, nə qədər ki Azərbaycan var, Sən də varsan, Ulu öndər!

 

Nəsimi rayon gənci- İbrahimova Nərmin


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki