image-reklam-veteninfo
image-1backend

Uşaqların gülümsədiyi bir gün: “İçimizdəki Möcüzələr” xeyriyyə tədbiri keçirildi

image-reklam-veteninfo

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da uşaqlara həsr olunmuş sevgi, diqqət və ümid bayramı kimi qeyd olunur. Bu tarixin kökü 1950-ci ilə – BMT-nin Baş Assambleyasının təşəbbüsü ilə keçirilən Qadınların Beynəlxalq Konfransına dayanır. Həmin gündən etibarən 1 iyun uşaqların müdafiəsi və hüquqlarının qorunmasına həsr edilən qlobal bir çağırışa çevrilib.

Bu əlamətdar gün münasibətilə Nur Organization – Prodüser Kamran Nurun təşəbbüsü, Qan Donorları Assosiasiyasının , Adalia Beynəlxalq Qadın Platformasının dəstəyi, Sevinc Mallın tərəfdaşlığı ilə 31 may tarixində uşaqlar üçün unudulmaz bir gün yaşadıldı. “İçimizdəki Möcüzələr” adlı xeyriyyə tədbiri hər bir uşağın içindəki rəngli dünyaya işıq salmaq və onların üzündə təbəssüm yaratmaq məqsədi daşıyırdı.

Bir neçə saat ərzində Sevinc Mall əsl bayrama çevrildi. Uşaqlar üçün maraqlı əyləncə zonaları quruldu, animasiyalar, oyunlar və sürprizlər təqdim olundu. Musiqi, rəngarəng şarlar və gülüş səsləri tədbir boyu məkanı bürümüşdü. Tədbirin sonunda isə uşaqlara xüsusi hədiyyələr təqdim edildi – bu, onların özlərini dəyərli hiss etmələri üçün kiçik, amma mənalı bir jest idi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki