image-16backend

ÜST: “Həftə ərzində COVID-19 pandemiyasından ölənlərin sayı 8% artıb”

image-reklam_sirab_01

Ötən həftə ərzində koronavirus infeksiyasına 3 milyondan çox insan yoluxub, 50 mindən çox şəxs ölüb.

Veteninfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verib.

Bildirilib ki, son həftə ərzində yeni yoluxma hallarının sayında 3%, ölüm hallarının sayında isə 8% artım qeydə alınıb.

Yoluxma hallarının demək olar, 60%-i Avropanın payına düşür. Son həftə ərzində Avropada yoluxanların sayında 6%, Amerikada 3%, Qərbi Sakit okean regionunda 2% artım qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki