Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən növbədənkənar iclasında təkliflə çıxış edib.
Veteninfo.az xəbər verir ki, deputat 2020-ci ilin bir sıra hadisələrlə yadda qaldığını xatırladıb:
“2020-ci ildə ölkəmiz çox ciddi uğurlara imza atdı. Ölkə başçısının qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad edildi. Eyni zamanda, pandemiya ilə mübarizədə də Azərbaycan dövləti çox ciddi işlər gördü. Son günlər isə karantin rejimi ilə bağlı ciddi yumşalmalar gedir və ümid edirik ki, bu davam edəcək”
Vahid Əhmədov Azərbaycan dövlətinin müstəqilliyinin bu il 30-cu ilinin tamam olduğunu qeyd edib:
“Bütün dünyaya Azərbaycanin müstəqilliyini elan etmişik. Hesab edirəm ki, heç nəyə baxmayaraq 1918-ci ildə əldə etdiyimiz müstəqillik cəmi 23 ay yaşasa da, ikinci müstəqillik 30-cu ilə qədəm qoyur. Azərbaycan müstəqil dövlətdir və ciddi uğurlar əldə edib. Təklif edirəm ki, 30 illiklə bağlı yubiley tədbirləri keçirilsin”.