image-22backend

Vaksinasiya işlərinə məsuliyyətlə yanaşmalıyıq və gec olmadan peyvənd olunmalıyıq – Naqif Həmzəyev

image-reklam_sirab_01
İyunun 22-də Millət vəkili Naqif Həmzəyev ARB24-də yayımlanan “İş vaxtı” verilişinin qonağı olub. Verilişdə Millət vəkili iyulun 1-dən ölkə üzrə toy mərasimlərinin keçirilməsinə icazə verilməsi barədə açıqlama verərək “Azərbaycanda şənliklərin və mərasimlərin keçirilməsinə xüsusi qaydalar çərçivəsində icazə verilməsi bir daha onu göstərir ki, pandemiya ilə mübarizədə doğru addımlar atılıb. Bu mübarizədə müsbət dinamika bizə bəzi məhdudyətlərin gələcəkdə tamamilə aradan qaldırılmasına imkan verəcək. Buda onu göstərir ki, vaksinasiya işlərinə məsuliyyətlə yanaşmalıyıq və gec olmadan peyvənd olunmalıyıq. Bu gün Covid pasportuna malik və xəstəliyə qarşı imunitet qazanmış şəxslər bu barədə sənəd təqdim edərək istər ölkə daxili istərsə də xaricdə pandemiya məhdudiyyətlərindən azad şəkildə hərəkət edə bilir. Mən şənliklər və mərasimlərlə bağlı qərarı alqışlayıram və toy etmək üçün bu qərarı gözləyən gənclərimizi təbrik edirəm. Lakin bir daha qeyd edirəm ki, təhlükənin tamamən sovuşması üçün əvvəlki kimi qaydalara ciddi riayət olunmalıdır” deyə bildirib.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki