image-xankendibackend

Vardanyan Xankəndini tərk edəcək – Azərbaycan göstərir ki…

image-reklam_sirab_01

Ruben Vardanyan adlanan dələduz, fırıldaqçı qanunsuz olaraq Azərbaycan ərazisinə gəlib. O gələndən sonra – sentyabr ayından etibarən biz görürük ki, regionda vəziyyət necə gərginləşib. Deməli, Moskvada – Kremldə olan bəzi siyasi dairələr bu adamdan alət, vasitə kimi istifadə edərək və ona dəstək olaraq nəticə etibarilə regiondakı kövrək, sabitliyə bənzər vəziyyəti tam dəyişdilər.

Bunu Publika.az-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, ehtiyatda olan kapitan, politoloq Rizvan Hüseynov bildirib.

Onun sözlərinə görə, nəticə etibarilə milyarder Ruben Vardanyan öz pulu ilə həm yerli Qarabağ ermənilərinə, həm də oradakı sülhməramlılara şəxsi maraqlarını yeritdi: “Sözsüz ki, bu aksiyada ekoloji məsələlər böyük ağırlığa malikdir. Ancaq burada əsas məsələlərdən biri də bu adamın kimliyi məsələsidir. O, qeyri-legitim bir şəxsdir, sözün əsl mənasında dələduzdur. Azərbaycan ərazisinə gəlib, nəticə etibarilə onun dəstəyi ilə rus sülhməramlıları 9/10 noyabr tarixli üçtərəfli bəyannamə ilə müəyyən edilmiş səlahiyyətlərindən kənar fəaliyyətlə məşğuldurlar. Rus sülhməramlılarının səlahiyyətinə nə daxildir? Nəqliyyatda təhlükəsizliyə nəzarət etmək, postlar qurmaq və sair. Gəlin baxaq görək, sülhməramlılar əslində nə ilə məşğuldur? Bunlar həmin qanunsuz istismar olunan “Qızılbulaq” qızıl, “Dəmirli” mis-molibden faydalı qazıntı yataqlarında və digər yerlərdə Ruben Vardanyanın qeyri-leqal biznesinə şərik olublar. Rus sülhməramlıları bizim dövlət qurumlarının orada monitorinq keçirməsinə imkan vermir. Faktiki olaraq sülhməramlılar bununla ermənilərə dəstək vermiş olurlar”.

Müsahibimiz bildirib ki, Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərlə danışmağa hazır olduğunu dəfələrlə ən yüksək səviyyədə bəyan edib: “Xatırlayırsınızsa, sonuncu dəfə bir ay öncə – noyabrın 17-də Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən bildirdi ki, əgər Ermənistan hakimiyyət nümayəndələri Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu alınmayacaq. Cənab prezident qeyd etdi ki, biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Prezident haqlı olaraq bildirdi ki, əgər bəzi ölkələrdən, yəni kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda proses daha dinamik gedə bilərdi. Lakin bunun Paşinyana və onun hökumətinə heç aidiyyəti yoxdur”.

Rizvan Hüseynov daha sonra deyib: “Azərbaycan tərəfi göstərir ki, siz aksiya edirsinizsə, burada demokratiya oyunu oynayırsınızsa, biz indi sizə real demokratiyanın və ekologiyanı qorumağın nə olduğunu göstərərik. Ona görə də bu aksiya sonadək davam edəcək. Qarşıya hansı məqsədlər qoyulubsa, biz o məqsədlərə də çatacağıq. Əsas məsələlərdən biri də Ruben Vardanyanın Xankəndini tərk etməsidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki