image-16jpg-1670911917backend

Vətən müharibəsi iştirakçısı həkimi döydü, xanımı bıçaqla hədələdi

image-reklam_sirab_01

Gəncədə xuliqanlıq edən Vətən müharibəsi iştirakçısı saxlanılıb. 

Bu barədə Vətəninfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.

Bildirilib ki, Orxan Mustafayev gecə saatlarında nənəsinə tibbi yardım üçün çağırışa gəlmiş Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasının (TTYS) əməkdaşı ilə heç bir əsas olmadan mübahisə edərək onun sifət nahiyəsinə yumruqla zərbələr vuraraq müxtəlif xəsarətlər yetirib.

O, daha sonra TTYS-nin inzibati binasına gələrək nalayiq ifadələr işlətməklə səs-küy salıb, şəxslər üzərində zor tətbiq etmək hədəsi ilə stansiyada qeydiyyatçı işləyən xanımı itələyib, əlində olan bıçaqla onu öldürməklə hədələyib, bıçaqdan silah qismində istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri edib.

O.Mustafayev saxlanılıb, onun barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki