image-2021-06-07-2backend

Vətən Müharibəsi şəhidinin doğum günü Nərimanov rayonunda qeyd edilib

image-reklam_sirab_01

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuzun qələbə qazandığı Vətən Müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş Nərimanov rayon sakini Adilov Şirəli İlham oğlunun doğum günü qeyd olunub.
44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Şirəli Adilovun doğum günündə, iyunun 6-da onun əziz xatirəsini yad etmək üçün Nərimanov Rayon İcra Hakmiyyəti rəhbərliyi və əməkdaşları şəhidin məzarını ziyarət edib və igid Vətən oğlunun unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra rayon İcra Hakimiyyətinin nümayəndələri onun ailəsini ziyarət edib. Şəhidin yağlı boya ilə çəkilmiş portreti onun ailəsinə xatirə olaraq hədiyyə olunub. Ailə üzvləri ilə söhbət zamanı qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Şirəlinin xatirəsinin bundan sonra da daim əziz tutulacağı, dövlətin hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacağı vurğulanıb.
Şəhidimizin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki