image-namazov-mahmud-qiraq-kesemen-30-10-21-3-1backend

Vətən müharibəsi şəhidlərimiz Mahmud Namazov və Əfqan Səfərovun adına bulaq kompleksinin açılışı oldub-AĞSTAFADA

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki,Qıraq Kəsəmən kəndindən olan Vətən müharibəsi şəhidlərimiz Mahmud Namazov Mahmud Ələsgər oğlununun və Ağstafanın Həsənsu kəndindən Vətən müharibəsinə könüllü qatılan Səfərov Əfqan Nadir oğlunun vətən uğrunda şəhid olmalarının birinci ildönümündə şəhidlərimizin adına bulaq komplekslərinin açılışı olub, onların əziz xatirəsi ehtiramla anılıb.

Hər iki şəhidimizin şəhadətə ucalmalarının ildönümündə xatirələrinə inşa olunmuş bulaqların açılışı olub və doğma evlərində anım mərasimi təşkil olunub.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarını rəhbərləri, şəhidlərimizin doğmaları, bir qrup qazi və müharibə iştirakçısı, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Mahmud 01.03.1992-ci ildə Qıraq Kəsəmən kəndində anadan olub. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Silahlı Qüvvələrin kiçik çavuşu kimi  Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlər zamanı şəhid olub. Şəhidimiz “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

08.03.1997-ci il tarixində Həsənsu kəndində anadan olan Əfqan da bir çox döyüş yoldaşları kimi işğal altında olan torpaqlarımızın azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq savaşıb. O, Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə böyük sücaət göstərib. Doğma kəndində torpağa tapşırılan şəhidimiz “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki