image-modern-az_azerbaijan_soldier_081120_20backend

Vətən müharibəsində əldə olunmuş qələbə ermənistanın işğalçı siyasətinə son qoydu.

image-reklam_sirab_01

Azerbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 20 may 2021 ci ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz:Regional inkişaf və əməkdaşlıq perspektivləri”adlı videoformatda müzakirələri keçirilib.Azərbaycan və regionla bağlı müzakirələr aparılmışdır.Ermənistanın işğalçılıq siyasəti pislənilmişdir Ermənistan təkcə xain qonşu deyil, həm də sözün həqiqi ənasında əsl barbardırlar. Uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlayan bu xain qonşu Azərbaycan torpaqlarından qovulanda da cinayət əməllərindən əl çəkmirdilər. Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma aparan Ermənistan həmin şəxsləri ordan köçürən zaman meşələrimizi, məscidlərimizi və s. tarixi abidələrimizi məhv etmək üçün əllərindən gələni edirdilər.İşğal altında olmuş Azərbaycan ərazilərində bütün mədəni və tarixi irsimizi məhv edən Ermənistan qoşunlarını çıxartdığı ərazilərdə ekoloji cinayət törədir, bununla da əsl barbar olduqlarını dünyaya sübut edirdilər. Azərbaycan tolerantlıq və multikulturalizm ünvanı kimi dünyada özünü çoxdan təsdiq edib. Bu gün də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən həyata keçirilən siyasət humanizm ənənələrinə, milli-mədəni irsin qorunub saxlanmasına, ölkədə yaşayan bütün xalqların, etnik azlıqların hüquq və azadlıqlarının, dini etiqad azadlığının təmin olunması prinsipinə əsaslanır. Ölkəmizin ən ali qanunu sayılan Konstitusiyasında bunlarla bağlı uyğun maddələr də var.
Ümumiyyətlə Ermənistanın acınacaqlı vəziyyəti öz işğalçı siyasətinin nəticəsidir. Ermənistanın ağılsız siyasəti onu tənəzzülə apardı.Bugünki Ermənistana nəzər salsaq görərik ki, hal-hazırda müstəqillik qazandığı zaman ilə müqayisədə vəziyəti daha ağırdır.Bugün ermenistanın ordusuda yoxdur. Azərbaycanın cəsur döyüşçüləri ermenistanın ordusunu məhv edib.ermenistan iqtisadi ,siyasi , ,hərbi cəhətdən tamamilə asılı ölkədir.Vətən müharibəsində əldə olunan möhtəşəm qələbə Ermənistanın işğalçı siyasətinə son qoydu. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ermeniləri dəfələrlə xəbərdarlıq etmiş sülh yolu ilə torpaqlar verilməzsə müharibə yolununda olduğunu bildirmişdi.Dağlıq Qarabağ münaqişəsi ilk növbədə Azərbaycan tərəfindən, 10 nayabr tarixli birgə bəyanat ilə artıq həll olunub.İşğaldan azad olunmuş ərazilərdə quruculuq təmir-bərpa işləri davamlı şəkildə aparılır.Ərazilərdə partlamamış silah-sursatla dolu olması iqtisadi layihələrin sürətlə reallaşdırılmasında əlavə çətinlik yaradır.Müharibə dayanandan sonrada ermenistanın mina xəritəsini vermədiyinə görə 100-dən çox adam minaya düşərək ağır yaralanmış və həlak olmuşdur.Ermenistan minaların xəritəsini vermekdən imtina edir.Minaların təmizlənməsi çox çətin , çox vaxt aparan və çox bahalı bir prosesdir .Əraziləri bərpa etmək üçün minaların təmizlənməsi vacib prosesdir.İşğaldan azad olunmuş ərazilərin vəziyyəti ermeni vandalizmin sübutudur.İşğaldan azad olunmuş ərazilər tamamilə dağıdılmış vəziyyətdədir. İşğal altındakı torpaqlarımızda ermənilər 60-dan çox məscidlərimizi dağıtmış, çirkin işğalçı siyasətlərini göstərmişlər.Ermenilər işğal olunmuş torpaqlarda Azərbaycanın mədəni irsini silməyə cəhd göstərmiş,şəhər və kəndləri vəhşicəsinə dağıtmışdır.İlham Əliyev çıxışlarında ermenilərin bu vəhşiliklərini daima dünyanın diqqətinə çatdırmışdır.

 

 

Qasımov Babək
Nəsimi rayon gənci


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki