image-32backend

Vətəndaş pensiya kapitalından niyə yalnız təqaüd üçün istifadə etməlidir?

image-reklam_sirab_01

“Milli Məclisin komitələrinin büdcə müzakirələrində sosial sfera ilə bağlı təkliflərimdən biri də pensiya kapitalından digər məqsədlər üçün istifadə edilməsi ilə bağlı oldu. Belə ki, mövcud qaydalara əsasən, vətəndaşlarımız öz yığımlarından yalnız pensiya almaq üçün istifadə edirlər. Amma bir sıra ölkələrdə pensiya kapitalından digər məqsədlər üçün istifadə etmək hüququna malikdirlər. Məsələn, bəzi ölkələrdə yığımların üçdə biri kommunial xidmətləri ödəmək, kredit qaytarmarq və s. istiqamətlər üçün istifadə edilir”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

 

V.Bayramov qeyd edib ki, bəzi vətəndaşlarımızın pensiya kapitalı kifayət qədər böyük olur:

 

“Məsələn, pensiya yaşına çatmamış 200 min manatdan çox kapitalı olan vətəndaş həmin puldan yalnız pensiya almaq üçün istifadə edə bilir. Bu baxımdan, təklif edirik ki, vətəndaşa yığdığı pensiya kapitalının bir hissəsinin kommunal xidmət haqqının və ya kredit ödənişi kimi istifadə edilməsi hüququ verilsin.

Əgər vətəndaş tələb olunan pensiya kapitalını toplayıbsa, o zaman ona əlavə vəsaitinin 30 faizini başqa məqsədlər üçün istifadə etməsi məqsədəuyğundur. Yəni, əgər vətəndaşın 60 min manat pensiya kapitalı yığımları varsa, o zaman onun 18 min manatını kredit qaytarmaq, kommunal xidmətlərin pulu ödəmək üçün istifadə etmək hüququ verilməlidir”.

 

Digər 42 min manat isə birbaşa pensiya ödənişləri üçün istifadə oluna bilər”.

 

Deputatın sözlərinə görə, bu həm də yığımlara marağa artıra və qeyri-rəsmi məşğulluğun daha da leqallaşdırılmasına səbəb ola bilər:

 

“Bu hal həmçinin pensiya yığımlarına marağı artıra və vəsaitin daha ünvanlı istifadəsinə imkan yaradıla bilər”.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki