image-reklam-veteninfo
image-1backend

Vinisius Junior: “Mbappeyə hər yay ‘Real Madridə nə vaxt keçirsən?’ yazırdım”

image-reklam-veteninfo

Vinicius Junior komanda yoldaşları ilə münasibətlərindən və transfer məsələlərindəki rolundan danışıb.

Braziliyalı futbolçu bildirib ki, uzun müddət Kylian Mbappenin Real Madridə keçidi ilə bağlı zarafatla ona təzyiq göstərib:

“Mbappeyə hər yay ‘Real Madridə nə vaxt keçirsən?’ yazırdım. Özümü sanki agent kimi aparırdım. Bellingham məsələsində də belə davranırdım. Titullar qazanmaq üçün ən yaxşı futbolçularla birgə oynamaq istəyirəm”.

Vinisius həmçinin komanda daxilindəki dostluq münasibətlərinə də toxunub. O, Mbappe ilə yanaşı, Eduardo Camavinga və Ferland Mendy ilə yaxın dost olduqlarını vurğulayıb:

“Mbappe, Camavinga və Mendy ilə yaxın dostuq. Bir-birimizlə ailələrimizdən daha çox vaxt keçiririk. Münasibətlərimiz çox yaxşıdır”.

Qeyd edək ki, futbolçunun açıqlamaları İspaniyanın “AS” nəşrində dərc olunub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki