image-3687742backend

“Virusla mübarizədə dünya ölkələrinə nümunə olan Azərbaycan”

image-reklam_sirab_01

Bütün insanlığın ortaq probleminə çevrilmiş korona virus artıq bir ildir ki dünyanı cənginə almışdır. Bu bir ili aşan müddətdə bütün ölkələr gözəgörünməz düşmənlə “olum, ya ölüm” savaşındadır. Ciddi və sərt tədbirlərin görülməsinə baxmayaraq, virusa yoluxanların, həyatını itirənlərin sayı gündən günə artmaqdadır.
Saatbasaat dəyişən rəqəmlər ölkələrə, hətta hər şəhər və rayona görə dəyişməkdədir Bu rəqəmləri müqayisə etmək kifayətdir ki, ölkələr üzrə virusla mübarizənin səmərələyini ortaya qoysun. Məhz bu müqayisə əsasında deyə bilərik ki, Azərbaycan nümunəvi ölkələr sırasındadır.
Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq vaxtında qəbul edilən düzgün qərarlar itkiləri minimuma endirməyə imkan yaradıb. Dövlət əhalinin ən müxtəlif təbəqələrinə maksimum sosial dəstək göstərir. Təsadüfi deyil ki, Azərbaycan koronavirusa qarşı mübarizə tədbirlərinin effektivliyi ilə seçilən ölkələr sırasında yer alıb.
Hər bir dövlətin pandemiya ilə bağlı öz siyasəti, necə deyərlər, “milli” yanaşması var. Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın da qeyd etdiyi kimi, səhiyyə sahəsində büdcələri milyardlarla ölçülən, nəhəng elmi intellektual potensiala, qabaqcıl texnologiyaya malik ən inkişaf etmiş ölkələrdə belə epidemiyanın yayılmasının qarşısını ala bilmədilər. Hətta böyük dövlətlərdə xəstəxanalarda xəstələrin yerləşdirilməsində yer problemi yaşandı və bu minlərlə insanın ölümünə səbəb oldu.
Virus Çində tüğyan etmiş, dünyanın qloballaşdığını unudan Amerika və digər Avropa ölkələri virus üçün əl çatmaz olduqlarını düşündükləri üçün virusun sürətlə yayıldığı dövrdə ağır itkilərlə üz-üzə qalmışdırlar. Azərbaycan Respublikasında korona virus qarşı tədbirlər ilk günlərdən alınmış və məsələyə ciddi yanaşılmışdır. Azərbaycan hökumətinin həmin vaxt və sonradan atdığı addımlar, qəbul edilən qərarlar göstərdi ki, vəziyyət gecə-gündüz Prezidentin nəzarətindədir. O, hadisələrin gedişini diqqətlə izləyir və dəqiq qiymətləndirilir. “Bizim üçün prioritet məsələ insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir”, – deyən Azərbaycan Prezidentinin siyasəti pandemiyanın ilk günündən buna hədəflənmişdi.
İlk addım olaraq martın 3-dən bütün təhsil müəssisələrində dərslər dayandırıldı. Sonrakı günlərdə vəziyyətdən asılı olaraq ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri tətbiq edildi, xüsusi karantin rejimi elan olundu. Nəhayət, martın 30-da COVID-19 infeksiyasının ölkəmizə geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərar qəbul edildi. Tibbi maskadan istifadə məcburi xarakter daşımağa başlamışdır.
Bu gün virusa yoluxanların sayı azalmış olsa da, təhlükə hələ də davam edir. Bu səbəblə də virusa qarşı mübarizə zəmnində əsaslı addımlar atılmaqdadır. Bütün bunlar tez zamanda ölkəmizdə həyatın normala dönəcəyindən xəbər verir. Nəzərə alsaq ki, pandemiya qarşısında əli-qolu bağlı qalmış ölkələrdən fərqli olaraq Azərbaycan həm hərbi, həm səhiyyə cəbhəsində mübarizə aparmış bə bu mübarizələrdən üzü ağ çıxmışdır. Ön cəbhədə əsgərlərimiz, arxa cəbhədə həkimlərimiz ölkəmiz, xalqımız üçün gecə-gündüz demədən çalışmışdır.
2020-ci il korona virus ili kimi yaddaşlarda qalacaq, lakin Azərbaycan xalqı üçün dəmir yumruq ili də adlandırıla bilər. Rəhbərin yumruğu ətrafında birləşən xalq həm torpağına göz dikən düşməni, həm də sağlamlığını təhdid edən virusu məğlub etdi. Lakin mübarizə hələ də davam edir və bunun üçün də verilən təlimatlarla diqqətlə əməl etmək və birliyimizi qorumaq mütləqdir!

Nəsimi rayon gənci
Şəmilova Dünya Mərdan qızı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki