image-a63c82b3-72f7-31eb-9baf-12d4de22ae7b_850backend

Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

image-reklam_sirab_01

Qadın voleybolçular arasında Polşa və Niderlandda keçirilən dünya çempionatında ilk finalçı müəyyənləşib.

yarımfinalda ABŞ-ı 3:1 (25:21, 25:20, 17:25, 25:23) hesabı ilə yenən Serbiya millisi həlledici görüşə vəsiqə qazanıb.

Matçın ən məhsuldar oyunçusu komandasına 33 xal qazandıran serbiyalı Tiyana Boşkoviç olub. Amerikalıların heyətində isə ən yaxşı voleybolçu kimi 18 xalla Kelsi Robinson fərqlənib.

Digər yarımfinal görüşü oktyabrın 13-də İtaliya və Braziliya milliləri arasında olacaq. 3-cü yer uğrunda və final görüşləri isə oktyabrın 15-də keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki