image-1backend

Xames Rodriges Lionel Messinin rekordunu geridə qoyub

image-reklam_sirab_01

Kolumbiya millisinin və braziliyalı “San-Paulu”nun yarımmüdafiəçisi Xames Rodriges Amerika kubokunda dünya çempionu Argentina millisinin və amerikalı “İnter Mayami”nin 37 yaşlı hücumçusu Lionel Messinin rekordunu üstələyib.

32 yaşlı futbolçu ABŞ-da keçirilən turnirdə 6 qol ötürməsi edib.

Əvvəllər üç futbolçu Amerika Kubokunda bir turnirdə 5 qol ötürməsi edə bilib. Denilson (Braziliya, 1997), Aleks (Braziliya, 2004), Lionel Messi (Argentina, 2021).

Yarımfinalda Uruqvay komandasına 1:0 hesabı ilə qalib gələn Kolumbiya finalda Argentina ilə mübarizə aparacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image