image-1backend

Xankəndidə 1 pulemyot, 20 avtomat olmaqla xeyli silah-sursat aşkar edilib

image-reklam_sirab_01

Xankəndi şəhərində xeyli silah-sursat tapılıb.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 5-də Xankəndi şəhəri ərazisində 1 ədəd pulemyot, 20 ədəd müxtəlif markalı avtomat silahı, 4 tapança, 9 ədəd müxtəlif markalı tüfəng, 28 ədəd qumbara, 27 ədəd alışdırıcı, 122 ədəd patron darağı, 5775 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki