Xankəndidə növbəti dəfə silah-sursat aşkarlanıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 14-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 tüfəng, 11 qumbara, 28 patron darağı, 3 alışdırıcı, 3200 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.