“Barselona”nın və İngiltərənin “Liverpul”unun sabiq futbolçusu Xavyer Maskerano Amerikanın “İnter Mayami” futbol klubuna rəhbərlik edəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə Amerika klubunun mətbuat xidməti məlumat yayıb.
Maskerano 2027-ci il mövsümünün sonuna kimi həmin vəzifədə qalacaq. Həmin vəzifədə o, noyabrın 22-də “İnter Mayami” ilə əməkdaşlığı başa çatan Xerardo Martinonu əvəz edəcək.