image-02-4backend

Xeyirin şər üzərində qələbəsi

image-reklam_sirab_01

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin Azərbaycan milləti üçün çox önəmli hadisə hesab olunur,çünki illərdir işğal altında olan əzəli və əbədi torpaqlarımızı azad etmək və orada olmağı çox istəyirdik.Cənab Prezidentimizin uğurlu siyasəti və hərbi bacarığı sayəsində Qarabağımıza qayıtdıq.İlham Əliyevin xarici siyasətdə gördüyü tədbirlər sayəsində Azərbaycan beynəlxalq səviyyədə etibarlı tərəfdaş,dost və sülhsevər dövlət kimi tanınır və bilinir. Bu tədbirlərin görülməsi prosesində düzgün hesablamaların aparılması Cənab Prezidentimizin siyasi bacarığı və uzaqgörən olmasından qaynaqlanır.
44 günlük Vətən müharibəsi əvvəli,ərəfəsi və sonrasında Beynəlxalq təşkilatların nə qədər zəif və bacarıqsız çalışdıqlarını gördük.Minsk qrupu həmsədr dövlətləri 30 ildir bu məsələyə biganə yanaşdılar.Əgər Minsk qrupu Ermənistana təzyiq göstərsəydi, bəlkədə İkinci Qarabağ müharibəsi olmazdı,hər bir məsələ sülh yolu ilə həll olunardı,ermənilər torpaqlarımızdan müəyyən zaman zərfində çıxardılar və.s. Nəinki Minsk qrupu hətta BMT Ermənistana təzyiq göstərməməsi çox müəmmalı və gözlənilməyən davranış idi,çünki BMT nin 4 qətnaməsinin ümumi məzmununda qeyd edilir ki, Ermənistan ordusu işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılsın,ancaq ermənilər buna məhəl qoymadı. Müharibə vaxtı bir çox ölkələr Azərbaycana dəstək versələr də, Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər. R.T.Ərdoğanın Azərbaycanla bağlı fikirləri bir daha bunu göstərdi ki,Azərbaycan və Türkiyə qardaşlığı daimi və əbədidir.
Azərbaycan müharibədən sonra dərhal Qarabağ zonasında quruculuq işlərinə başladı.Azad edilmiş torpaqlarda evlərin tikilməsi,aeroportların inşası,yolların tikilməsi buna misal ola bilər.Quruculuq işlərindəki əsas məqsəd 30 ildir məcburi köçkün olan vətəndaşları öz torpaqlarına qaytarmaqdan ibarətdir.Bu torpaqlarda mədəniyyət və memarlıq abidələrimizin ermənilər tərəfindən etdiyi vandallıq açıq-aşkar müşahidə olunur,ancaq Cənab Prezidentimizin sərəncamı ilə bu torpaqlarda məscid və mədəniyyət sahələrinin restavrasiyası işinə başlanılmış və hal-hazırda da işlər davam edir.

Hörmətlə İsrafil İbrahimov Bakı Dövlət Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki